29 May 2020 19:03
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusinfo.az saytında vətəndaşların qaydaları pozanların görünütülərini göndərməsi üçün şərait yaradılıb.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Bununla qaydaları pozan şəxslər ictimai qınaq obyektinə çevriləcək. Bu görüntülərdən media qurumları istifadə edə biləcək".

Qurum rəsmisi əlavə edib ki, bayram günlərində küçəyə çıxma qadağası tətbiq oluna bilər: "Yoluxma halları artarsa, qarşıdakı aylardakı bayram günlərində küçəyə çıxma qadağası, hərəkətin məhdudlaşırılması həyata keçirilə bilər. Bu isə yoluxma halları 200dən artıq olduğu halda tətbiq ediləcək".

Ramin Bayramlı söyləyib ki, bütün ölkə ərazisində sərt karantin rejimin bərpası gündəm mövzusu deyil: "Ayrı-ayrı bölgələrdə sərt karantin rejimi tətbiq oluna bilər".


Müəllif: Aysel Azad