"Son günlər Bakı xəstəxalarında 85 faizədək doluluq müşahidə olunub".
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.
O bildirib ki, bu səbəblə modul tipli xəstəxanalardan biri sınaqdan keçib: "Eyni zamanda asimptomatik xəstələrin evdə müalicə olunması üçün qərar qəbul olundu. O xəstələr yoxlanışdan keçib, ev şəraitində TƏBİB-in nəzarəti altında müalicə alacaqlar. Paralel olaraq "ETEBİB" mobil tətbiqi vasitəsilə bu xəstələri nəzarət altında saxlayacağıq".
O bildirib ki, bu müddətdə 14 gün karantin müddəti vacibdir: "Ayrı-ayrı saatlarda ev telefonu vasitəsilə vətəndaşlarla mütəmadi əlaqə saxlanılacaq. Bu gün xəstələrimizin böyük əksəriyyətinin xəstəxanaya yerləşdirilməsini təmin etmişik".
O əlavə edib ki, qarşıdakı günlərdə yoluxanların sağalanalr arasında fərqin artmasından asılı olaraq epidemioloji vəziyyətin nəzarətə götürülməsi ilə bağlı qərar qəbul olunub: "Ümid edirik ki, vətəndaşlar onlara təqdim olunan statistik göstəriciləri nəzərə alaraq qaydalara riayət edəcəklər".