8 Oktyabr 2014 09:51
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı gənclər radikal “dinçilərə” səsləndi

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gənclər şöbəsinin üzvləri milli vətənpərvərlik mövzusunda maraqlı videoçarx hazırlayıb.

Videoçarxın ideya müəllifi, şərqşünas Seyid Camal Əzimbəylinin Teleqraf.com-a verdiyi məlumata görə, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin vətənpərvər tələbə gənclərinin şəhidlər məzarı başında Suriyada, İraqda və digər ölkələrdə radikal, təkfirçi terrorçu qruplara qoşularaq döyüşən gənclərə çağırış etməsi sevindirici hadisədir:

“Azərbaycan dövlətinin bütövlüyü və xalqın azadlığı yolunda şəhid olanların əbədi olaraq yaddaşlarda var olmasını, eləcə də cihad yerinin Qarabağ olduğunu hər bir azərbaycanlı gəncin söyləməsi qürurvericidir.

Düşünürəm ki, bu videoçarx şəhidinə kafir deyən bir qrup milli dönüklərə, təkfirçilərə onminlərlə vətənpərvər gəncin cavabıdır”.

Teleqraf.com həmin videoçarxı təqdim edir.

Bəxtiyar


Müəllif: