Televiziya verilişlərinə gələn qonağın icazəsi yoxdursa, SMS icazədən istifadə etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Verilişə gəlmək üçün xüsusi icazə sistemi tətbiq olunmur".