8 Oktyabr 2014 18:01
2 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları Neftçala şəhərindəki Muğan liseyində “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması ” və “ Fövqəladə hallar zamanı nə etməli ” mövzularında maarifləndirmə tədbiri keçiriblər.

Teleqraf.com xəbər verir ki, FHN-nin Muğan Regional Mərkəzi ilə Neftçala şəhərindəki Muğan liseyi arasında razılaşdırılmış Tədbirlər planına əsasən keçirilən maarifləndirmə tədbirində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydaları, baş verə biləcək yanğın, partlayış zamanı profilaktik tədbirlərin görülməsini müzakirə edilib.

Mərkəzin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyəti,“112” qaynar xətti haqqında məlumat veriblər.

Sonda Fövqəladə Hallar Nazirliyinin yaranması, strukturu və fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib, liseyin müəllim və şagird heyətini maraqlandıran suallar cavablandırılıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər