9 İyul 2020 17:50
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonu Abay Kunanbayev küçəsi, "Bolluq" bazarının yanında qanunsuz olaraq müştərilərə yerində xidmət göstərən paltar mağazası aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı mağaza sahibi, orada olan satıcılar və müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar və ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5ci Polis Bölməsinə aparılıblar.

Obyektdə karantin qaydalarını pozaraq qapalı məkanda olan şəxslərdən biri də Nəfəs adlı müğənnidir.


Müəllif: Hacı Zeynalov