26 İyul 2020 12:15
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica olunur ki, testin nəticəsini nəzərə almasınlar.

Bildirilir ki, 27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək:

"Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər