Azərbaycanın Gürcüstandakı səfirliyi vətəndaşların təxliyəsini davam etdirir.
Teleqraf.com xəbər verir ki, iyulun 30-da Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Hindistandan gələn 5 nəfər “Qırmızı körpü” sərhəd keçid məntəqəsinə çatdırılıb.
Hindistandan gələn həmin şəxslərin 4-ü Azərbaycan vətəndaşı, 1-i Azərbaycanda daimi yaşamaq icazəsi olan Hindistan vətəndaşıdır.
Onlar Dehlidən Tiflisə təyyarə ilə gəliblər.