Təhsil müəssisələrinin açılması ilə bağlı ciddi mexanizm hazırlanıb.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bu hibrid xarakterli təhsil proqramıdır: "Tədris müəssisələrinin açılması ilə bağlı çoxsaylı suallar var idi. Hər bir məsələyə fərqli yanaşmalar olur. Ölkə vətəndaşlarının istəklərini və beynəlxalq təcrübəni, mövcud imkanları nəzərə alaraq ən doğru qərarların qəbul edilməsi üçün iş aparılır.
Təbii ki, proses çərçivəsində artım tendensiyası olarsa, tədris müəssisələrinin bağlanması ilə bağlı dərhal qərar qəbul ediləcək".
Akif Qurbanov əlavə edib ki, tədris müəssisələrinin fəaliyyəti adi qaydada bərpa olunmur və burada xüsusi yanaşmalar var: "Orta məktəbdə bir çox sinif şagirdləri dərsləri onlayn qaydada davam etdirəcəklər. Bu müddət epidemioloji vəziyyət imkan verənədək uzanacaq.
Nəzərə alaq ki, tədrisin təşkili barəsində xüsusi qərar yoxdur. Mühazirələr onlayn qaydada olacaq. Lakin praktik məşğələlər var ki, onların onlayn qaydada öyrədilməsi mümkün deyilsə, tələbələr universitetə cəlb ediləcək".