Hazırda dərslərin təşkili ilə bağlı qərar Bakı və Sumqayıtda yerləşən bütün məktəblərə aid edilir, özəl məktəblərə heç bir güzəşt olunmur.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Naziri Emin Əmirullayev bu gün keçirilən brifinqdə deyib.
"Məktəblərdə mütəmadi olaraq monitorinq aparılır. Baş verən qanun pozuntuları ilə bağlı ölçü götürülüb və bu barədə Operativ Qərargaha məlumat verilib".