İnstitut, elmi mərkəz və mərkəzi kitabxanaya yeni rəhbər seçildi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında bır sıra xəzifə dəyişikliyi edilib. keçirilib. AMEA-dan Teleqraf.com-a daxil olan məlumata görə, Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-minerologiya elmləri doktoru Zəkəriyyə Əlizadə öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Bu haqda qərarı AMEA Rəyasət Heyəti verib.
Digər qərarla fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü mərkəzin direktoru vəzifəsinə təyin edilib.
Həmin iclasda tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylinin AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunması haqqında qərar qəbul edilib.
Qeyd edək ki, Elm Tarixi İnstitutu Azərbaycanda elm və texnikanın tarixi, elmşünaslıq, elm tarixinin mənbəşünaslığı, onun təşəkkülü, inkişafı və müasir vəziyyətinin öyrənilməsi, eləcə də elmin metodoloji bazasının təşəkkülü, elmə dair abidələrin aşkarlanması və tədqiqi, elm tarixinin öyrənilməsinin yeni metodlarının inkişafı məqsədilə yaradılıb.
Daha bir dəyişiklik isə AMEA Mərkəzi Elmi Kitabxanasında olub. Kitabxananın direktoru,, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli də öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Tibb elmlər üzrə fəlsəfə doktoru Leyla İmanova AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsini icra edən təyin olunub.
NİGAR