30 Oktyabr 2020 14:19
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində, uzunluğu 2 450 metr olan Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib.

Bu barədə Teleqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyindən bildirilib.

Məlumata görə, küçədə aparılmış yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri yaradılıb.

Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Daha sonra küçələrə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Yolun bəzi hissələrinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, ölkə başçısının tapşırıq və sərəncamları əsasında, bu il rayon ərazisində təmirə ehtiyacı olan ümumi uzunluğu 21 km olan küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. İlin sonuna qədər təmir olunuş küçə və yolların ümumi uzunluğu 34 km-ə çatdırılacaq.


Müəllif: Teleqraf.com