17 Oktyabr 2014 20:37
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Oksbric Təhsil Xidmətlərinin direktoru Dillər Universitetinə gəlib

Oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniyanın Oksbric Təhsil Xidmətlərinin direktoru Con Florey və “Pearson” şirkətinin ölkədəki nümayəndəliyinin regional direktoru Nailə Rzayeva ilə görüşüb.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə qonaqları salamlayan rektor, professor Səməd Seyidov onları universitetdə görməkdən məmnun olduğunu dedi. O, Böyük Britaniya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişaf etdiyini bildirib. Rektor ADU-nun beynəlxalq əlaqələrinin sürətlə inkişaf etdiyini qeyd edib.

Universitetin beynəlxalq əlaqələrindən danışan rektor, professor Səməd Seyidov Esseks universiteti ilə əlaqələrin mövcudluğuna diqqət çəkərək Böyük Britaniya universitetləri ilə əlaqələrə toxunub, əlaqələrin yüksək əməkdaşlıq səviyyəsində olduğunu və əməkdaşlığın getdikcə inkişaf etdiyini bildirib.
Beynəlxalq əməkdaşlığın inkişafına universitetin xüsusi önəm verdiyini deyən rektor bu əlaqələrin tələbələr üçün böyük əhəmiyyəti olduğunu deyib. O, ADU-nun bütün fakültələrinin beynəlxalq əməkdaşlıqdan bəhrələndiyini qeyd edib.

Rektor həmçinin Təhsil Nazirliyinin Azərbaycan təhsil sisteminin inkişafı üçün gördüyü işləri yüksək dəyərləndirib. Səməd Seyidov dövlətin bu sahəyə xüsusi qayğısından, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı sərəncamının bu istiqamətdə mühüm addım olduğunu vurğulayıb. Rektor Səməd Seyidov, o cümlədən ADU-nun nəzdində fəaliyyət göstərən Dil xidmətləri mərkəzinin fəaliyyətindən, mərkəzin həyata keçirdiyi yeni ideyalardan söz açıb.

Azərbaycanda və ADU-da olmaqdan məmnun olduqlarını bildirən Con Florey Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişafından da məmnunluğunu ifadə edib. Bu əməkdaşlığın davam etməsinin hər iki ölkə üçün əhəmiyyətli olduğundan söz açıb. Oksbric Təhsil Xidmətlərinin fəaliyyətindən və təklif etdiyi proqramlardan danışan direktor təmsil etdiyi təhsil ocağı ilə ADU arasındakı gələcək əməkdaşlığın ölkələrarası qarşılıqlı əməkdaşlığın inkişafında mühüm rolu oynayacağını əlavə edib.

Görüşdə, həmçinin gələcək əməkdaşlığın inkişaf etdirilməsi, perspektivləri, gələcək fəaliyyət istiqamətləri müzakirələr aparılıb. Əlaqələrin inkişafına əminlik ifadə olunub.

Görüşdən sonra rektorla Oksbric Təhsil Xidmətlərinin direktoru arasında anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, Azərbaycan Dillər Universiteti və Oksbric Təhsil Xidmətlərində İngilis dilinin tədris resursları, peşə keyfiyyətlərinin gələcək inkişafı və təminatı məqsədilə imzalanan Memorandumda qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, PTE-nin (Pearson Test of English) ümumi ingilis dili mərkəzinin idarəsi və inkişafı, qarşılıqlı tədris keyfiyyətinin inkişafı, akademik təhsil, o cümlədən ingilis dilinin xarici dil kimi tədrisinə dəstək məqsədilə ingilis dilinin öyrənilməsində köməkçi vasitələrlə təmin edilməsi nəzərdə tutulub.

Nigar


Müəllif:

Oxşar xəbərlər