Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə start verilib.
Teleqraf.com xəbər verir ki, Gəncədə də bu məqsədlə 5 səhiyyə müəssisəsində yaradılan vaksin otaqlarında infeksiyay qarşı kütləvi peyvənd aksiyası həyata keçirilir.
İlkin olaraq prosesə tibbi işçiləri cəlb olunub. Ötən gündən başlayaraq Gəncə şəhərində həyata keçirilən ketləvi vaksinasiya tədbirlərinə ilkin olaraq tibb işçilərindən başlanılıb. Bu günə kimi 100-ə yaxın səhiyyə işçisi vaksin olunub. Qəbul edilən vaksinlə bağlı tibb işçiləri arasında hər hansı bir narahatlıq olmayıb.
İlkin olaraq Gəncə şəhərinə 300 dozada vaksin gətirilib və peyvəndlənən hər bir şəxsə növbəti vaksinasiyaya qədər xüsusi pasport verilir. Gəncədə 5 səhiyyə ocağının hər birində 2 peyvənd, 2 fosfaksinal aparatı və 1 şok əleyhinə otaq yaradılıb.
Vaksin otaqları peyvənd saxlama üçün soyuducu və dərman ləvazimatları ilə təmin edilib.