27 Yanvar 2021 12:55
328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə 9 məktəbimiz müharibə dövründə zədələnib. Həmin məktəblərdə təmir işləri aparılıb.

Teleqraf.com xəbər verir ki, bunu Gəncə şəhər təhsil şöbəsinin müdiri Anar Qədiməliyev tədrisin ənənəvi formasının bərpası haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Gəncədə 4 və 29 saylı məktəblər ciddi ziyan çəkib: "4 nömrəli məktəb yararsız olduğu üçün onu təmirə ayırmışıq. Məktəbin şagirdləri digər məktəblərdə təhsil alacaqlar.

29 saylı məktəb isə nisbətən köhnə olduğu, bomba da yaxın əraziyə düşdüyü üçün orada tədris tam dayandırılıb. Bu səbəblə 29 saylı məktəbin şagirdləri ən yaxın məktəb olan 18 saylı məktəbdə təhsil alacaq".

Anar Qədiməliyev qeyd edib ki, şagirdlər psixoloji travma aldıqlarına görə, onlar üçün məktəblərə psixoloqlar ayrılıb: "Eyni zamanda dövlət qurumlarından da psixoloqlar cəlb edilib. Ciddi problem yoxdur. Bütün hazırlıqlar davam edir".


Müəllif: Aysel Azad