1 Fevral 2021 16:12
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinin “Psixoloji xidmət” layihəsi çərçivəsində e-psixoloq.az elektron portalı fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, elektron səhifənin yaradılmasında əsas məqsəd təhsilin və imtahan prosesinin psixoloji cəhətləri haqda əhalini maarifləndirməkdir. Eyni zamanda peşə seçimində abituriyentlərə kömək etmək, imtahan iştirakçılarına, valideynlərə, müəllim və pedaqoji heyətə psixoloji dəstək göstərməkdir.

Səhifədə artıq fərqli mövzularda məqalələr, maraqlı videoçarxlar və psixoloji testlər yerləşdirilib.

Xüsusilə şəxsiyyət tipinizin müəyyən olunması üzrə MBTİ testini cavablandırmaqla siz öz güclü və zəif cəhətləriniz, fərdi öyrənmə yanaşmanız, öz şəxsiyyət tipiniz üzrə statistik məlumatlarla tanış ola və öz həyati qərarlarınızı daha da dəqiqləşdirə bilərsiniz.

Saytda, həmçinin “onlayn çat” vasitəsilə hər hansı bir sualla bağlı peşəkar psixoloqlara müraciət etmək imkanı var. Bir müddət sonra səhifədə onlayn psixoloji xidmətin göstərilməsi planlaşdırılır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər