Daxil olan şikayətlərin hər biri araşdırılır.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, araşdırılmayan şikayətlər problemin baş verdiyi ünvanın göstərilmədiyi şikayətlərdir:
"Bəzən təkrar şikayətlər olur. Şikayətçinin öz iştirakı ilə araşdırma aparılır. Bütün şikayətlər təhlil edilir. Çox istəyərəm ki, şikayətlər əsaslı olsun və şikayətçi elədiyi şikayətin üzərində dursun".