24 Fevral 2021 11:42
318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media üçün onlayn təlim təşkil olunub.

Teleqraf.com xəbər verir ki, təlimdə Təhsil nazirinin müavini Firudin Qurbanov və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxış ediblər.

Təlimdə Səyyarə Hüseynova sənaye və sistem mühəndisliyi, Səkinə Əliyeva kompüter elmləri, biznes və menecment, Zəhra Məmmədli isə elektron biznes haqqında məlumat veriblər.

Nazir müavini Firudin Qurbanov bildirib ki, informasiya ən böyük dəyərə sahibdir, informasiya və kommunikasiya texnologiyalarının imkanlarının artması qloballaşmanın aspektlərindəndir:

Onun sözlərinə görə, informasiyaların düzgün çatdırılmasında medianın əvəzsiz rolu var: "Ölkəmizdə söz və mətbuat azadlığının təmini, KİV-in fəaliyyəti üçün şəraitin yaradılması daim ölkə rəhbərliyinin diqqətindədir. Təhsil Nazirliyi media ilə sıx əməkdaşlıq aparan qurumlardandır. Media ilə işin qurumlasında mövcud çağırışlara qoşulmaq çox vacibdir. Təlimlərdə, ekspertlərlə seminarlarda iştirak çox vacibdir".

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun sözlərinə görə, media nümayəndələri üçün gələcəkdə də belə tədbirlər təşkil ediləcək. Bu təlimlər istər təhsil, istərsə də digər sahələrdə jurnalist həmkarlarımızın istəklərinə əsasən baş tutacaq:

"Hazırkı təlim dövlət proqramı çərçivəsində xaricdə təhsil alıb gələn ekspertlərin iştirakı ilə baş tutur. Növbəti təlimlərdə lazım olduğu təqdirdə xaricdən də mütəxəssislərin dəvət olunması nəzərdə tutula bilər. Məqsədimiz peşəkar jurnalistikanın formalaşmasında həmkarlarımıza kömək etməkdir.

Cənab prezidentin fərmanında sonrakı dövrdə agentliyin formalaşması üçün zəruri mühit formalaşmaqdadır. Xahiş edirəm ki, həmkarlarımız hansı islahatların aparılması, məsələlərin həlli yolunu tapması üçün müraciətlər etsinlər. Layihənin formalaşmasında bu təklif və tövsiyələrdən istifadə olunacaq".


Müəllif: Aysel Azad