19 Mart 2021 12:33
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Ramiz Hüseynzadə bu gün Nardaran qəbiristanlığında dəfn ediləcək.

Bu haqda Teleqraf.com-a aktyorun dostu Məcid Hüseynov məlumat verib.

"Evdə qəflətən təzyiqi qalxıb və həyat yoldaşına deyib ki, bir tərəfi işləmir. Təcili yardıma zəng edərkən özündən gedib. Xəstəxanada həkimlər müdaxilə ediblər. Beş saat süni nəfəs aparatına qoşublar. 20 saat xəstəxanada həyatla ölüm arasında qalıb.

Beyninə qan sızdığına görə həyatını xilas etmək mümkün olmayıb. Hazırda atasının Binə qəsəbəsində yerləşən evindəyik. Bu gün 16:30-da Nardaran qəbiristanlığında dəfn ediləcək", - o bildirib.

Qeyd edək ki, Ramiz Hüseynzadənin 42 yaşı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər