15 Aprel 2021 09:32
325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən "Azəristiliktəchizat" ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq.

Teleqraf.com xəbər verir ki, bunu səhmdar cəmiyyətinin rəsmisi Rafiq Əliyev bildirib.

Bununla belə, onun sözlərinə görə, bəzi dağlıq və dağətəyi rayonlarda istilik təchizatı mayın 1-nə qədər davam edəcək.

"Bu gündən ümumilikdə 3 800 yaşayış binasına, həmçinin layihə üzrə 287 orta məktəbə, 162 uşaq bağçasına, 160 səhiyyə müəssisəsinə və 1 800-ə yaxın digər sosial-təsərrüfat obyektinə verilən istilik dayandırılacaq. Bu isə 559 qazanxana və 90 istilik məntəqəsinin fəaliyyətini dayandırması deməkdir. Onu da qeyd edim ki, bu qərar isti su ilə təmin etdiyimiz abunəçilərə şamil edilmir", - deyə R.Əliyev qeyd edib.

Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayər, növbəti il aprelin 15-də başa çatıb. Ötən il "Azəristiliktəchizat"ın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə 18 milyon manat borcu olması səbəbindən əhaliyə istiliyin verilməsi noyabrın 18-nə qədər yubanmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər