15 May 2021 13:19
338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 5 nəfər xilas edilib, 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 6 nəfər yanıq xəsarəti alıb, həmçinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından daş parçasının asılı vəziyyətdə qalması ilə əlaqədar ərazidə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və daş parçası götürülərək təhlükə aradan qaldırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər