18 İyun 2021 15:32
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci dozadan sonra orqanizmdə koronavirus əleyhinə anticisimləri yaranmayan şəxslərin üçüncü doza alması ilə bağlı məsələ aktiv müzakirə mövzusudur.

Teleqraf.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

TƏBİB rəsmisi bildirib ki, vaksin istehsalıçısı olan şirkətlər bu məsələ barədə düşünürlər: “Amma bu gün üçün bütün dünyada bir vaksinin yalnız iki dozasının qəbulu nəzərdə tutulur”.

O həmçinin vurğulayıb ki, "vaksin olunan nahiyəyə su vurmaq olmaz" deyimi yalnış və elmi sübutu olmayan mülahizələrdir: “Bunlar tamamilə əhəmiyyətsiz məlumatlardır. Bol maye içmək və ağır fiziki işlərdən çəkinmək lazımdır. İlk 48-72 saat ərzində sadəcə müəyyən simptomlar yaşaya bilərlər. Bu da təbiidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər