4 İyul 2021 14:57
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Ermənistanın Azərbaycanın Füzuli və Zəngilan rayonlarında 92 min mina xəritəsini 15 saxlanılan erməninin təhvil verilməsi müqabilində təqdim etməsini alqışlayıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə T.Klaar öz "Twitter" səhifəsində yazıb.

Xüsusi nümayəndə bildirib ki, Bakıda və Yerevandan əla xəbərlər var. O saxlanılan ermənilərin buraxılmasını yaxşı hal kimi qiymətləndirib: “Azərbaycana isə vacib olan mina xəritələri təqdim edilib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər