23 İyul 2021 19:21
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün TƏBİB-in təşkilatçılığı ilə media nümayəndələri üçün "Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlim keçirilib.

Teleqraf.com xəbər verir ki, təlimdə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Aygün Əliyeva istər 44 günlük Vətən müharibəsində, istərsə də COVID-19 virusu ilə mübarizə çərçivəsində media nümayəndələrinin əvəzsiz xidmət göstərdiyini bildirib. Aygün Əliyeva cəmiyyətin düzgün maarifləndirilməsi üçün sosial şəbəkələrdə yayılan informasiyanın mühüm əhəmiyyət daşıdığını qeyd edib. Departament rəhbəri TƏBİB tərəfindən həyata keçiriləcək layihələrin cəmiyyətə çatdırılmasında yaxından iştirak edən şərəfli peşə sahiblərinə təşəkkür edib.

Daha sonra çıxış edən Tibbi xidmətlər departamentinin əməkdaşı Psixoloq Nərmin Osmanlı və Psixiatr Orxan Fərəcli “TƏBİB-in Psixososial dəstək fəaliyyətləri”, “Psixi sağlamlıqla bağlı əsas anlayışlar”, Həssas mövzularda xəbərin hazırlanması, “İntihar xəbərləri üçün tövsiyyələr” mövzularında geniş informasiya veriblər.

Qeyd edildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsini təmin etmək məqsədilə TƏBİB tərəfindən yaradılmış psixoloji yardım mərkəzləri 15.03.2021-ci ildən etibarən fəaliyyətə başlamışdır. Psixoloji dəstək xidməti 7 regionda -Sumqayıt 3 saylı poliklinika, Gəncə 6 saylı poliklinika, Gəncə 3 saylı poliklinika, Quba, Şirvan, Lənkəran, Ağdam və Şəki Rayon Mərkəzi Xəstəxanlarında həyata keçirilməkdədir.
15 martdan etibarən 354 şəhid ailəsinə, 686 hərbiçiyə, 156 terror qurbanına psixoloji xidmət göstərilib.

II Qarabağ müharibəsi dövründə TƏBİB-in psixoloji xidmət üzrə könüllü qrupunun psixoloq və psixiatr heyəti tərəfindən Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Füzuli Gəncə, Göygöl, İsmayıllı, Kürdəmir, Göyçay, Qəbələ, Neftçala, Saatlı, Salyan, Şirvan, Ucar, Zərdab rayon xəstəxanalarında 3316 hərbiçi üçün ilkin psixoloji yardım yardım göstərilib. 1385 hərbiçi üçün psixiatrik müayinə aparılıb.

Bərdə, Gəncə və Tovuz regionları üzrə 610 nəfər terrordan əziyyət çəkmiş əhaliyə bilavasitə ilkin psixoloji yardım və psixiatrik konsultasiya xidməti, 143 nəfərə isə onlayn psixoloji yardım göstərilib.

1542 Psixoloji Dəstək Xətti vasitəsilə pandemiya dövründə 1122 nəfər ictimaiyyət, 459 nəfər COVID 19 ilə yoluxmuş şəxslərə, 301 nəfər psixoloji problemlərdən əziyyət çəkən şəxslərə psixoloji yardım göstərilib. Bundan başqa ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib.

Sonda jurnalistlər tərəfindən ünvanlanmış suallar cavablandırılıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər