Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 55 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 5 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, vətəndaşlar xilas olunub. Ümumilikdə, ötən sutka ərzində ikisi azyaşlı olmaqla altı nəfər xilas edilib.
Həmçinin Nərimanov rayonunda 1951-ci il təvəllüdlü Quliyev İftixar Mustafa oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.