5 Sentyabr 2021 12:41
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəhayət ki, biz Qarabağ səmasında uçuşları həyata keçirməyə başlamışıq və keçirəcəyik.

Teleqraf.com xəbər verir ki, bu barədə "Airbus A340-500" tipli sərnişin təyyarəsinin kapitanı Rasim Əşrəfov deyib.

"Mən hər şeydən əvvəl bir azərbaycanlı pilot kimi qürur hissi keçirirəm. Nəhayət ki, biz Qarabağ səmasında uçuşları həyata keçirməyə başlamışıq və keçirəcəyik. Uçuş sxemi Füzuli aeroportuna çox geniş və rahatdır. Aldığımız avadanlıqlar, təchizat beynəlxalq standartlara uyğundur. Və güman edirəm ki, əminəm ki, biz bu yaxınlarda daha bir Qarabağı ərazisindəki aerodomlara uçuş təşkil edəcəyik", - deyə qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər