6 Sentyabr 2021 16:36
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə video çarxlar hazırlayır.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, Vətən həsrəti bitən həmvətənlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın rayonlarının sakinləri möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, qələbə duyğularını bölüşüblər.

Videolayihənin növbəti qonaqları Ağdam rayonundan məcburi köçkün, qazi Rey Kərimoğlu və Laçın rayon sakini Qəzənfər Hüseynovdur.

Videolayihə əsasında çəkilişlər davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər