17 Sentyabr 2021 13:27
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda Əfqanıstanın müvafiq qurumları ilə Azərbaycana qəbul olan əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsini araşdırırıq".

Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib.

Şöbə müdiri xatırladıb ki, orada sərhədlər bağlıdır, səfirliklərin çoxunun da fəaliyyəti məhdudlaşdırılıb: "Əfqan tələbələrin bir hissəsi ölkəmizdədir. Amma bizi daha çox maraqlandıran yeni qəbul olunan tələbələrin aqibətidir. Misal olaraq, Azərbaycan Dillər Universiteti 10 yeni əfqan tələbə cəlb edibsə, onlar ölkəyə necə gələcək? Hazırda Əfqanıstan Azərbaycanla sərhədi açıq olan 42 ölkə sırasında deyil. Biz hətta Afrikanın hansısa ölkəsindən qəbul olan 1 tələbənin də gəlməyində maraqlıyıq, çünki xarici tələbənin cəlb edilməsi eyni zamanda investisiyadır. Çünki burada yaşayır, pul xərcləyir. Bu kontekstdə hələ ki, bizə dəqiq məlumat verilməyib. Bilmirik ki, onlar gələ biləcək, ya yox, gəlsə, hansı şərtlərlə gələcək və nə vaxt gələcək. Ona görə də biz gözləmə mövqeyindəyik".

O, eyni zamanda, Azərbaycandan Əfqanıstana təhsil almaq üçün gedən tələbənin olmadığını da əlavə edib./Report


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər