12 Noyabr 2014 20:07
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisində qonaq olub.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, ofisin rəhbəri Tural Kərimov qonağı mərkəzin yerləşdiyi məkanla və işçi heyətlə yaxından tanış edib. Bildirilib ki, Azərbaycanla İsrail arasında əlaqələr tarixi köklərə malikdir və bu münasibətlər hazırda da uğurla davam etdirilir. Bu gün nəinki dövlət səviyyəsində, eləcə də gənclər təşkilatları səviyyəsində əməkdaşlıq imkanları genişləndirilir.

Səfər zamanı Azərbaycanla İsrail arasında mövcud münasibətlərin və qarşılıqlı əməkdaşlığın qorunub saxlanmasının və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

BƏXTİYAR


Müəllif: