13 Noyabr 2014 09:54
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 19 noyabr 2014-cü il tarixdə, saat 11:00-da DSMF-nin Salyan rayon şöbəsinin inzibati binasında Salyan, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar və Cəlilabad rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fonddan Publika.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Salyan şəhər şöbəsində (02125) 5-50-61
Neftçala rayon şöbəsində (02126) 3-34-00
Şirvan şəhər şöbəsində (02121) 5-10-22
Hacıqabul rayon şöbəsində (02120) 4- 41-31
Sabirabad rayon şöbəsində (02123) 5-50-56
Saatlı rayon şöbəsində (02128) 5-21-01
İmişli rayon şöbəsində (02124) 6-40-42
Biləsuvar rayon şöbəsində (02529) 5-00-74
Cəlilabad rayon şöbəsində (02524) 5-52-60

Qəbulda iştirak edəcək vətəndaşların noyabrın 19-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.


Müəllif: