1 Dekabr 2021 12:47
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən xarici məktəbə getmədim. Türkiyənin cənub-şərqində kənd məktəbində oxudum. Bakalavr təhsilimi İstanbul Universitetinin Tibb fakültəsində aldım.

Teleqraf.com xəbər verir ki, bunu türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər UNEC İqtisadi Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün türk dünyası elmdə, təhsildə irəliləyə bilər: "Mən təhsil alan illərdə maliyyə baxımından əlavə bilik öyrənmək imkanım yox idi. Lakin bu imkanlar indi bütün türk dünyasında var. Türk universitetlərində oxuyub, uğur qazananlar çoxdur.

Özümü tərifləmək istəmirəm, elmdə ilk Nobel laureatı alan türk məktəbini bitirmiş şəxs mənəm. Övladlarımız öz ölkələrində təhsil alıb, uğur qazana bilər. Məsələn, Ənvər Zahidov bu gün məşhur elm adamıdır.

Təbii ki, Almaniya, İngiltərə ilə yarışacaq vəziyyətdə deyilik. Əgər əvvəl Çin geridə idisə, bu gün bütün ölkələri qabaqlayır. Çində oxuyan uşaqlar çox yaxşı təhsil alırlar. Mənimlə işləyən tələbələrin 70 faizi Çində oxuyub. Çin bacarıbsa, biz də bacara bilərik. 1980-ci illərdə Çin və türk dünyası arasında fərq yox idi. Lakin indi Çin Qərblə yarışır, biz isə yox.

Mənim olimpiadalara qoşulmaq kimi şansım olmayıb. Bu baxımdan indiki gənclər məndən irəlidədir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər