1 Dekabr 2021 13:25
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşada ermənilərin təxribatları haqqında çox eşitmişəm. Səfərimiz zamanı onları görəcəyik, bu şəhəri yenidən bərpa edəcəyik. Şuşaya böyük sevinc və istəklə gedirəm.

Teleqraf.com xəbər verir ki, bunu türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər jurnalistlərə açıqlamasında deyib.

Əziz Səncər qızların təhsildə rolundan danışıb: "Elmə yatırım etmək lazımdır. Xüsusilə qızları oxutmalıyıq. Qızlarımızı oxutmasaq, insan gücümüzün 50 faizini itiririk. Bütün Qərb ölkələri insan gücünün 50 faizini istifadə edirsə, bizdə bu, 10 faiz təşkil edir".


Müəllif: Aysel Azad