4 Dekabr 2021 15:21
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə birgə işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat səfirin tviter səhifəsində yer alıb.

“Yazın ayrı, qışın ayrıca gözəldir, Şuşa. Ciyərlərimiz Qafqazın havası ilə doldu. Çox şükür. Şuşadan Kəlbəcər, Murovdağına, Cıdır düzündən Xocalı və Böyük Qafqaz dağlarına salam olsun”, - səfir sosial şəbəkədə qeyd edib.


Müəllif: Teleqraf.com