6 Dekabr 2021 12:17
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təyyarə ilə səfər zamanı təkcə Şuşada deyil, bütün Qarabağın darmadağın edildiyini gördüm. Salamat yer yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər deyib.

"Şuşada bir neçə ev varsa, onlar da xəsarət alıb. Hər şey yandırılıb, dağıdılıb. Çox üzücü haldır. İnsan insana bunu necə edə bilər? O qədər nifrət haradan qaynaqlanır? Yaxşı, ulu babalar müharibə aparıb, nəsillər öldürülüb, amma artıq yetər. Bu evləri dağıtmaqla hansı mesajı vermək istəyirlər? Bunu insan edə bilməz".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər