22 Dekabr 2021 10:21
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elektrik enerjisi kəsilən Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbə elektrik enerjisinin verilişi bərpa olunub.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib.

Onun sözlərinə görə, hazırda məktəb elektrik enerjisi ilə təmin edilir. "Məktəbə elektrik enerjisi verilən yarımstansiyada yaranan nasazlıq aradan qaldırılıb, təmir işləri aparılıb və elektrik enerjisinin verlişi bərpa olunub. Sössüz ki, şagirdləri bu gün məktəbə qaytarmaq mümkün olmadığından sözügedən məktəbdə tədris bu gün dayandırılıb, sabahdan tədris yenidən bərpa ediləcək"- deyə A.Qədiməliyev vurğulayıb.

* * *

10:04

Azərbaycanın bu məktəbində elektrik enerjisi kəsildi, dərslər təxirə salındı Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbində dərslər təxirə salınıb.

Dərslərin təxirə salınmasına səbəb məktəbdə elektrik enerjisi kəsilməsidir.

Gəncə şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev məsələ ilə bağlı Publika.az-ın yerli bürosuna bildirib ki, məktəbə gələn elektrik xətində nasazlıq yaranıb, məktəbin alternativ elektrik xətti olmadığı üçün direktor dərsləri bir günlük təxirə salınıb. "Hazırda məktəbdə elektrik enerjisinin bərpa olunması istiqamətində iş gedir" deyə A.Qədiməliyev qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər