19 Noyabr 2014 18:18
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Musa Qasımlı noyabrın 20-dən 22-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaq.

Teleqraf.com Milli Məclisə istinadən bildirir ki, deputat “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə, qonşuluq münasibətlərinə təhdid kimi” mövzusunda beynəlxalq konfransda iştirak edəcək. Tədbirin təşkilatçıları SAM – Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və AVİM – Avrasiya İncələmələr Mərkəzidir. Konfransa hər iki qurumun əməkdaşları, həmçinin Türkiyənin tanınmış politoloqları, nüfuzlu mütəxəssislər və ekspertlər qatılacaqlar.

Musa Qasımlı beynəlxalq konfransda münaqişənin tarixi kökləri, ermənilərin Azərbaycan ərazilərinə gətirilib yerləşdirilməsi və bölgədə demoqrafik şəraitin dəyişdirilməsi barədə geniş məruzə edəcək”.

Nemət


Müəllif:

Oxşar xəbərlər