Bu gün "Azəriqaz" İB yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda digər məsələlərlə yanaşı, Şura sədrinin seçilməsi də gündəliyə daxil edilib. Belə ki, Şuranın 18.01.2022-ci il tarixdə keçirilmiş iclasında Xəyal Bəşirov Şuranın sədrliyindən istefa vermişdi. Bu günkü səsvermənin nəticəsi olaraq “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi”nin sədri Elçin Salmanov yekdilliklə Şuranın yeni sədri seçilib.