Bakıda Heydər Əliyev prospektini bağlayaraq etiraz edən yük maşınlarının sürücüləri həbs edilib.
Teleqraf.com-un məlumatına görə, Nərimanov rayon məhkəməsində etiraz edən sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədovun işi üzrə proses keçirilib.
Məhkəmənin qərarı ilə hər iki sürücü İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilinərək 30 sutka həbs olunublar.