COVID-19-un omikron variantının ağır keçməməsinin əsas səbəblərindən biri yoluxanların çoxunun peyvənd olunmasıdır.
Teleqraf.com xəbər verir ki, bunu Nobel mükafatçısı Əziz Səncər deyib.
O pandemiya başlayandan virusa yoluxmadığını deyib: “Peyvənd olunduğum üçün COVID-19-a yoluxmaqdan qorxmuram. ABŞ istehsalı olan mRNA əsaslı Moderna peyvəndi vurdurmuşam”.
Əziz Səncər bildirib ki, peyvənd növləri arasında fərq qoyulmamalıdır:
“Bəziləri deyir ki, Çin peyvəndini istəmirəm, türk peyvəndini istəyirəm, yox bunu istəyirəm. Mən ABŞ-da peyvənd üçün növbəyə durdum. Orada bir tibb bacısı dedi ki, o otağa keç. İçəri girdim. 3 növ peyvənd var idi, BioNTech, Moderna və Johnson&Johnson. Peyvənd olundum və hansının vurulduğunu bilmirdim. Bir Amerikalı bunu soruşmaz, nə varsa, onu da vurduracaq. Tibb bacısı peyvəndi vurdu, sonra hansını vurduğunu soruşdum. “Moderna”, - dedi, “oldu”, - dedim. Amma Türkiyədə mənə e-poçtlar, telefon zəngləri gəlir ki, bu peyvəndi vurdurmuşam, antikorlarım bu qədərdir. Peyvənd olunmusunuz. Arada fərq qoymağa ehtiyac yoxdur”.