24 Mart 2022 17:45
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdman etmək həmişə arıqlamaq demək deyil. Bəziləri üçün motivasiyanın aşağı enməsinə səbəb olsa belə, idmandan sonra çəki almaq tamamilə normaldır. Qəbizlikdən tutmuş hormonlara, məşqdən sonra yediyiniz qidalara qədər buna səbəb olan yüzlərlə amil var.

Teleqraf.com idmandan sonra çəki almanızın 8 səbəbini təqdim edir.

1. Su toplanması - orqanizminizdəki suyun miqdarı çəkinizə böyük təsir göstərir. Məsələn, bir çox insanın arıqlamaq kimi düşündüyü şey əslində tərlə bağlı su itkisidir. Bədəninizdəki suyun çəkisi tərəzidə 4 kilo yarıma qədər fərq yarada bilər. Buna görə bəzi işbazlar sidikqovucu pəhriz çayları satmaqla insanlara təsir göstərməyə çalışırlar. Orqnizminizdən suyu təmizləyirlər, lakin əslində siz çəki yox, sadəcə su itirirsiniz.

2. Bədən kütələsinin formaları - bədən kütləniz təkcə bədən çəkiniz deyil. Sümük, yağ, əzələ, birləşdirici toxuma, hava, sidik, bağırsaq qazı, qan, limfa və beyinin unikal birləşməsidir. İdmandan dərhal sonra bütün bu amillərin kompleks kütləsi dəyişə bilər. Bu, məşqdən sonra nə qədər su içdiyinizə və ya əzələlərinizin sıxlığına görə dəyişə bilər.

3. Genetik təsirlər - genetikaya görə bəzilərimiz digərlərindən daha sürətli əzələ inkişaf etdirir. Əzələlərimiz inkişaf etdikdə tərəzidəki rəqəmlər də artır. Ancaq bu, kökəldiyimizə və idmanın nəticə vermədiyinə işarə kimi qəbul edilməməlidir. Çünki məşq zamanı istəmədiyimiz piylərdən xilas olur və bədənimizi formalaşdırırıq.

4. Hormonlar - hormonal dəyişikliklər tez-tez suyun toplanmasına səbəb olur ki, bu da müvəqqəti çəki artımının əsas səbəbidir. Premenopozal və postmenopozal qadınlar ay ərzində bədən çəkisinin dəyişməsi ilə qarşılaşa bilərlər, bu tamamilə normaldır. Eyni şey, menstruasiya əvvəli və ya dövründə şişkinlik yaradır. Əgər menstruasiya zamanı yüksək natriumlu qidalar istehlak etsəniz, bu, suyun toplanma ehtimalını artırır.

5. Əzələ zədələnməsi - məşqdən sonra əzələlərimiz iltihablanır. Bu, xüsusilə çəki məşqləri edənlər üçün doğrudur. Əzələ toxuması zədələndikdə, onların böyüməsini və güclənməsini təmin edən bərpa prosesini başlayır. Əzələ toxumasındakı hüceyrələrə bu müvəqqəti struktur zədələnməsi məşqdən sonra çəki artımı kimi görünə bilən ağ qan hüceyrələrinin yığılmasına səbəb ola bilər. Məşqdən bir və ya iki gün sonra ağrınız varsa, bu, göstəricidir.

6. Qida əlavələri - məşqdən sonra çəki artımının səbəbi ola bilər. İdman bədənimizi qlikogendən məhrum etdiyinə görə adətən məşqdən sonra karbohidratlı qidalarla doldururuq. Karbohidratlar sağalmağımıza kömək edərkən, bədənimiz saxladığı cəmi bir qram qlikogen üçün üç qram su saxlayır.

7. Lifli qidalar - pəhriziniz liflə zəngin qidalarla doludursa və məşqdən sonra tez-tez su içirsinizsə, tərəzidə çəkiniz çox görünə biıər. Lif kolonun suyu saxlamasına səbəb olur. Həll olunmayan lif də nəcisin ağırlığını artıra bilər. Heç bir şəkildə lifdən qaçmamağınız lazım olsa da, nəcis atılmadan əvvəl bunun çəki artımı kimi görünə biləcəyini bilmək yaxşıdır.

8. Əzələ ağırlaşması - bədənimizin yeni əzələlərə enerji vermə prosesi də su toplama yolu ilə çəkini artıra bilər. Əzələ hüceyrələrinin qlükoza çevirdiyi qlikogen enerji mənbəyidir. Müntəzəm olaraq məşq etdiyiniz zaman bədəniniz bu səviyyəli məşq üçün daha çox qlikogen saxlamağa başlayır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər