Vətən müharibəsində xidmətlərinə görə 9 medalla təltif olunmuş Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Şəmsəddin Qurbanov 44 günlük müharibə zamanı üzərində gəzdirdiyi Türkiyə bayrağını Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Teleqraf.com xəbər verir ki, Şuşada yaralanmış qazimizin bu görüntüləri sosial şəbəkədə gündəm olub.
Qeyd edək ki, Şəmsəddin Qurbanov müharibə zamanı həmçinin Azərbaycan bayrağını da daim üzərində gəzdirib.
O, müsahibələrinin birində deyib:
Cəbrayıla daxil olanda düşmənin XTQ-si ilə qarşı-qarşıya gəldik. Həmin vaxt bizim bir qrup yüksək rütbəli zabitimiz atəşə tutuldu. Mən bayrağı əlimə götürüb başımın üstündə tutdum və düşmən üzərinə atıldım. Asfalt yolla irəlilədim. Yanlarına çatana qədər sağıma-soluma artilleriya zərbələri atılırdı. Snayper güllələri yanıma düşürdü. Arxamca yoldaşlarım gəldilər. Orada düşməni məhv elədik. Biz bir gülləni də boşa atmırdıq. O döyüşdən sonra həmin bayraq deşik-deşik idi. Artıq o bayraq da mənimlə bərabər qazidir. O qisas bayrağıdır. Mən onu Şuşada dalğalandırmaq niyyətində idim, amma həmin vaxt yaralılarımız, şəhidlərimiz var idi, mən komandir kimi onları ərazidən çıxarırdım. Ona örə bayrağı Şuşaya sanca bilmədim...”