20 May 2022 10:00
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəskin qaraciyər sirrozundan əziyyət çəkən tanınmış jurnalist Qadir İbrahimli xəstəxanada vəfat edib.

Bu barədə Teleqraf.com-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 53 yaşlı jurnalist az öncə dünyasını dəyişib.

Qeyd edək ki, Qadir İbrahimli 1968-ci ildə Lənkəran şəhərində anadan olmuşdu. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdi. Müxtəlif mətbuat orqanlarında çalışmış, iqtisadi mövzularda yazılar yazmışdı.

2014-cü ildən yaratdığı İstiqlal.az saytına rəhbərlik edirdi.

***

09:48

Jurnalist Qadir İbrahimli vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistin yaxın dostları sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd edək ki, jurnalist iki gün öncə kəskin qaraciyər sirrozu diaqnozu ilə M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Allah rəhmət eləsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər