Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müvəqqəti rəhbərlik edəcək şəxs müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, bu, Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovdur.
Qeyd edək ki, ADY-nin rəhbəri Cavid Qurbanov Rəqəmsal İnkişaf və nəqliyyat nazirinin müavini təyin olunduğundan bu vəzifə boş qalıb. /gununsesi.info