2 Dekabr 2014 11:08
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Folklor İnstitutunun «Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları» Beynəlxalq Elmi Konfransının materialları kitab şəklində işıq üzü görüb (“Zərdabi” LTD MMC, 2014, 520 səh.).

Folklor İnstitutundan verilən məlumata görə, kitab Folklor İnstitutunun keçirdiyi Beynəlxalq Elmi Konfransın materiallarına əsasında hazırlanıb.

Kitabda Tərtər rayonunda AMEA Folklor İnstitutu, Tərtər Rayon İcra Hakimiyyəti, «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə keçirilən «Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları» Beynəlxalq Elmi Konfransının materialları toplanıb.

Kitab AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Layihənin rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), elmi redaktorları fil.ü.e.d. Almaz Həsənqızı, fil.ü. f.d Mətanət Abdullayeva, fil.ü.f.d. Elxan Məmmədli, tərtib edəni fil.ü.f.d. Fidan Qasımovadır.

NİGAR


Müəllif: