20 İyul 2022 11:46
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəyə imza atması bütün sahələrdə olduğu kimi medianın da fəaliyyətində ruh yüksəkliyi yaradıb".

Teleqraf.com xəbər verir ki, bu barədə "AZƏRTAC"a müsahibəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Əhməd İsmayılov vurğulayıb ki, Cari ilin fevralın 8-də dövlət başçımızın “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə” Fərmanına əsasən Media Reyestrinə daxil edilib və jurnalistika sahəsində müəyyən qədər staja malik olan jurnalistlərə, habelə gənc ailənin üzvü olan jurnalistlərə mənzil almaları üçün dövlət dəstəkli güzəştli ipoteka kreditindən yaralanmaq hüququ verilib. Müvafiq Fərman cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək kimi şərəfli bir peşəni icra edən jurnalistləri digər dəyərli peşə sahibləri ilə eyni sıraya daxil edib, dolayı yolla jurnalistin dövlətin gözündəki həqiqi statusunu və kimliyini müəyyənləşdirib”.

İcraçı direktor qeyd edib ki, dövlətin medianın ikşifanı stimullaşdıran addımlardan biri də qəzet kağızının ƏDV-dən azad olunmasıdır ki, media ekspertləri əminliklə bunun çap mediasının inkişafına təkan verəcəyini bildiriblər.

Xatırladaq ki, cənab Prezidentin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunub. Bu il mayın 13-də Azərbaycan Respublikasının Baş naziri müvafiq qərarı ilə ƏDV-dən azad edilən Azərbaycanda kütləvi informasiya məhsullarının siyahısı təsdiqlənib. Bu qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı azaltmaqla inkişafına təkan verəcək. Məsələ ilə bağlı ölkənin çap mediası subyektləri rəhbərləri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində aparılan müzakirələr və yayım şirkətləri ilə görüşlərdə səsləndirilən fikirlər bu yanaşmanı dəstəkləyir. Onu da vurğulayaq ki, kitab və kağız məhsullarının idxalı və satışının ƏDV-dən azad edilməsi bu sahədə də canlanma yaratmaqla yanaşı nəşriyyatların işinə müsbət təsir göstərəcək.

Ə. İsmayılov əlavə edib ki, Azərbaycan Prezidentinin daim jurnalistlərin əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisi olmaqla yanaşı, media işçilərinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətlərini artırmış olur.

“Dövlətimizin başçısı demək olar ki, bütün müşavirələrdə, toplantılarda, ictimaiyyətin nümayəndələri ilə görüşlərində nailiyyətlərlə bərabər, çatışmazlıqlardan da bəhs edir, “mütləq çox güclü ictimai nəzarət olmalıdır”, - deyərək cəmiyyətdən dəstək istəyir. Vurğulamaq istərdik ki, Medianın İnkişafı Agentliyi məhz ictimai və dövlət maraqlarını əsas götürərək media subyektləri arasında müsabiqələr keçirir. Bu müsabiqələr çərçivəsində hər il məhz ictimai əhəmiyyət kəsb edən yüzlərlə materiallar hazırlanmaqdadır”.


Müəllif: Teleqraf.com