8 Avqust 2022 16:34
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirusa 121 yeni yoluxma qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan bir nəfər vəfat edib.

Ölkədə indiyədək 802 060 nəfər koronavirusa yoluxub. Onlardan 789 147 nəfər müalicə olunaraq sağalıb, 9 761 nəfər vəfat edib, aktiv xəstə sayı 3 152nəfərdir.

Ölkədə son sutka ərzində 2 442, hazırkı dövrədək isə 7 072 185 test aparılıb.


Müəllif: Teleqraf.com