"Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsinin birinci mərhələsinin püşkatma mərasimi olub.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
İştirakçı ölkələrin nümayəndə heyətləri və rəhbərlərinin, hakimlər komissiyasının üzvlərinin iştirak etdiyi mərasimdə müsabiqənin birinci mərhələ və onun epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, komandalar mərhələ üzrə qruplara bölünüblər.
"Snayper həddi" müsabiqəsi avqustun 27-dək davam edəcək.