Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Teleqraf.com-a SOCAR "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Zərdab” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 9-da saat 10:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.