Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən Teleqraf.com-a bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
6. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Zərifə Əliyeva küçəsində;
12. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
13. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
15. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
16. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
17. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
18. “20 Yanvar” dairəsində.