9 Dekabr 2014 20:49
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Dəmir Yolları” (RDY) Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycanla bərabər, MDB-nin daha üç ölkəsinə - Ukrayna, Qazaxıstan və Tacikistana qatar marşrutlarını ləğv edib.

RDY ASC dekabrın 14-dən MDB-nin dörd ölkəsinə – Azərbaycan, Ukrayna, Qazaxıstan və Tacikistana qatarların hərəkətini dayandıracaq.

NTV telekanalının saytında yerləşdirilən materialda deyilir: “Bu qərarı “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti olan “Federal Sərnişindaşıma Şirkəti” qəbul edib. Dəmir yol xəttinin dayandırılması barədə qərar azı bir il qüvvədə olacaq. Qərar həmin marşrutlar ilə daşımalar gəlir gətirmədiyi üçün qəbul edilib. Lazım gələrsə, həmin istiqamətlərdə qatarların hərəkəti bərpa oluna bilər”.

“Rusiya Dəmir Yolları” ASC Bakı-Moskva, Rostov-Bakı və Tümen-Bakı sərnişin reysləri üzrə qatarların hərəkətini dekabrın 14-dən etibarən dayandırır.


Müəllif:

Oxşar xəbərlər